|
Martın 12-də Ukrayna milli operasında Azərbaycan musiqisindən ibarət "Muğam Konserti" adlı gecə keçiriləcək. Konsertdə Azərbaycanın görkəmli musiqiçiləri Mənsum İbrahimov, Elçin Həşimov və Elnur Əhmədov iştirak edəcəklər. Onlar "Kiyev-Klassik" simfonik orkestrinin (bədii rəhbər və baş dirijor German Makarenko) müşayiəti ilə çıxış edəcəklər. Milli operada "Azərbaycan kapriççiosu", "Koroğlu" və "Taras Bulba" operalarından üvertüralar, "Rast" simfonik muğamı və "Qarabağ şikəstəsi"nin final oratoriyası səslənəcək. Konsertə Azərbaycanın əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının Dirijorluq kafedrasının professoru, maestro Yalçın Adıgözəlov da dirijorluq edəcək.
|