Xatırladaq ki, martın 12-də Heydər Əliyev Sarayında tanınmış rusiyalı yumorist Maksim Qalkinin konserti keçirilməli idi. Amma, Saraydan verilən xəbərə görə, texniki səbəblərə görə, konsertin vaxtı martın 22 -nə keçirilib. M.Qalkinin meneceri təxirə görə bakılı tamaşaçılardan üzr istəyib. O bildirib ki, M.Qalkin əvvəl planlaşdırıldığı proqramla çıxış edəcək. Qeyd edək ki, martın 12-nə alınan biletlər keçərli sayılır. Konsertin yeni tarixindən məmnun olmayanlar, biletləri kassaya qaytara bilərlər.