Təqvim

Bakının islam mədəniyyəti paytaxtı seçilməsi hansı sahənin inkişafına təkan verəcək?

Mədəniyyətin
Turizmin
Dini maarifləndirmənin
Ölkənin





 
Xəbərlər
Ani Lorak Bakıda konsert proqramı ilə çıxış edəcək
06.09.2010  
Ukraynanın dünya şöhrətli müğənnisi Ani Lorak Bakıya gəlir. H.Əliyev Sarayının mətbuat xidmətindən verilən məlumata görə, gözəl müğənni noyabrın əvvəllərində Sarayda konsert proqramı ilə çıxış edəcək.

Gəncə Dövlət Dram Teatrı yeni mövsümünü "Şeyx Nizami" tamaşası ilə açacaq
06.09.2010  
Teatr 115-ci mövsümdə Oktay Altunbəyin "Şeyx Nizami" əsəri ilə tamaşaçıları salamlayacaq. Bu haqda teatrın direktoru Əli Qasımov məlumat verib. Onun sözlərinə görə, tamaşaya əməkdar incəsənət xadimi Vaqif Şərifov quruluş verəcək.

Türkiyənin Azərbaycandakı səfirliyi KİV nümayəndələri üçün iftar süfrəsi təşkil edib
06.09.2010  
Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat müşavirliyi ölkədəki KİV nümayəndələri üçün iftar süfrəsi təşkil edib. İftar süfrəsində səfirliyin mətbuat müşaviri Həbib Kaya da iştirak edib.

Belçikanın "Le Soir" qəzeti Qarabağdan yazıb
06.09.2010  
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi və Azəri-Türk Qadınlar Birliyinin iştirakı ilə bu ilin mayında Belçikada keçirilən "Barış qadınlardan keçir" adlı konfransı yenidən bu ölkənin nüfuzlu və ən çox oxunan "Le Soir" qəzeti gündəmə çıxarıb.

Xalq Artisti Sərvər Qəniyev Türkiyədə vəfat edib
06.09.2010  
Türkiyənin Bilkənd Universitetinin professoru, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, Xalq Artisti Sərvər Qəniyev ömrünün 73-cü ilində Ankarada vəfat edib.

Üzeyir Hacıbəyovun "On il" adlanan felyetonu aşkarlanıb
06.09.2010  
Üzeyirşünas, "Nurlu qələm ustası" mükafatı laureatı Səadət Qarabağlı M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının arxivindəki son araşdırmaları nəticəsində Üzeyir Hacıbəyovun "Molla Nəsrəddin" dərgisində dərc olunmuş daha bir felyetonunu aşkarlayıb.

"Aktrisa", "Vəkil hekayətləri" və "İlahi heyvan" filmləri üzərində son tamamlama işləri gedir
06.09.2010  
Rejissoru Rövşən İshaq, ssenari müəllifləri İlqar Fəhmi, Rövşən İshaq və Vüqar Əmirov olan "Aktrisa" filminin çəkilişləri başa çatıb. Film üzərində tamamlanma işləri dekabrda yekunlaşacaq.

Gələn il Xan Şuşinskinin 110 illik yubileyi qeyd olunacaq
06.09.2010  
2011-ci ildə Azərbaycanın dahi muğam ustası Xan Şuşinskinin 110 illik yubileyi qeyd ediləcək. Bu ərəfədə ailə üzvləri sənətkarın ev-muzeyini açmağı planlaşdırırlar.

Rəngkarlıq sərgisinin açılışı olub
06.09.2010  
Sentyabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Azərbaycan Rəssamlar İttifaqının üzvləri, tanınmış rəssamlar İlqar Əkbərov və Nəvai Məmmədoğlunun rəngkarlıq əsərləri nümayiş edilib. Sərgidə ümumilikdə 68 əsər sənətsevərlərin ixtiyarına verilib.

Füzuli parkında əsaslı təmir və yenidənqurma işləri yekunlaşıb
06.09.2010  
Gəncədə Füzuli parkında əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb. Parkın girəcəyində dahi şairin heykəlinin postamentinə yeni qranit üzlük çəkilib, əraziyə tametdən mozaika döşənib, burada qazon salınıb, bəzək ağacları əkilib, işıqlandırılma sistemi yenidən qurulub, oturacaqlar təzələnib. Fəvvarələr isə parka xüsusi gözəllik verir.

 

Get the Flash Player to see this player.

Bu gün
Tezliklə

Bakı və Abşerona ekskursiya
STI Travel
100-140 AZN
23 - 25 oC
Cənub-qərb 2-4 m/s