Təqvim

Bakının islam mədəniyyəti paytaxtı seçilməsi hansı sahənin inkişafına təkan verəcək?

Mədəniyyətin
Turizmin
Dini maarifləndirmənin
Ölkənin





 
Xəbərlər
Rus Dram Teatrı yeni teatr mövsümünün açılışına hazırlaşır
03.09.2010  
Səməd Vurğun adına Rus Dram Teatrı yeni teatr mövsümünün açılışına hazırlaşır. Teatr 138-ci teatr mövsümünün açılışında "Vəziri - xani Lənkəran" tamaşası ilə çıxış edəcək. Bu il həm də teatrın 90 illik yubileyidir.

Bu gün xalq artisti Yaşar Nurinin doğum günüdür
03.09.2010  
Yaşar Məmmədsadıq oğlu Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. İlk dəfə Səhnəyə on bir yaşında ADMKT-də "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub.  .

Bayraq meydanı "Ginnesin rekordları" kitabında
03.09.2010  
Dünyanın aparıcı televiziya kanalları Azərbaycanda qurulan Bayraq meydanına diqqət çəkib. "Euronews" telekanalında yayımlanan reportajda qeyd olunub ki, Azərbaycan bayrağı dalğalandığı bu dirək dünyada ən hündür bayraq dirəyi hesab olunur.

Rusiyalı dirijor Azərbaycana dəvət olunub
03.09.2010  
Akademik Opera və Balet Teatrının rəhbərliyi məşhur dirijor, Rusiyanın əməkdar artisti Andrey Anixanovu Bakıya dəvət edib. Bu barədə teatrın mətbuat xidmətindən məlumat verib.

Azərbaycanlı alpinistlər Ağrı dağının zirvəsini fəth ediblər
03.09.2010  
Türkiyənin Zəfər Bayramı münasibətilə Ağrı dağının zirvəsini fəth edən 5 azərbaycanlı alpinist dağın zirvəsində Azərbaycanın bayrağını, habelə ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları yazılmış şüarları başları üzərinə qaldırıblar.

Qarabağ Fondu ABŞ-da bir sıra mədəni tədbirlər həyata keçirəcək
03.09.2010  
Azərbaycanın dünya şöhrətli bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ABŞ-da da qeyd ediləcək. Bu barədə Qarabağ Fondunun Avropa və MDB ölkələri üzrə nümayəndəsi Tural Kərimli məlumat verib. Onun sözlərinə görə, Qarabağ Fondu bu məqsədlə ilin sonunadək ABŞ-da bir sıra mədəni tədbirlər keçirəcək.

Nəcəf şəhəri 2012-ci ildə islam mədəniyyətinin paytaxtı elan olunub
03.09.2010  
İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin Bakıda keçirilən 6-cı iclasında İraqın Nəcəf şəhəri 2012-ci ildə islam mədəniyyətinin paytaxtı elan edilib.

Teatr mövsümündə Gənc Tamaşaçılar Teatrı dörd yeni tamaşa təqdim edəcək
03.09.2010  
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni tamaşalar təqdim edəcək. Bunlar Uilyam Şekspirin "Romeo və Cülyetta", Tamara Vəliyevanın "Mənim ağ göyərçinim", Əli Əmirlinin "Sən məni sevirsən" və xalq yazıçısı Elçinin "Buzovna kəndinin əhvalatları" tamaşalarıdır.

Azərbaycan yazıçısının kitabı nüfuzlu ədəbiyyat müsabiqəsinə təqdim olunub
03.09.2010  
"Əli və Nino" nəşriyyat evinin dəstəyi ilə nəşr edilmiş Natella Osmanlının "Lollipop" adlı kitabı Rusiyanın "Novaya Slovesnost (NOS)" ədəbiyyat mükafatına təqdim olunub.

"Qəzan mübarək, Paşam" filminin təqdimatı olacaq
03.09.2010  
"Oskar" Kino Şirkəti Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi, bu ordunun uğurlu missiyası və Bakının erməni-daşnak qüvvələrindən azad edilməsinə həsr olunmuş bədii-sənədli film istehsal edib. TRT-nin Bakı nümayəndəliyinin, Regional Televiziya Şəbəkəsinin, Xəzər TV-nin və Cənub Regional Televiziyasının texniki və informasiya dəstəyi ilə hazırlanan film 1918-ci ilin 25 mayından 15 sentyabra qədər olan dövrü əhatə edir.

 

Get the Flash Player to see this player.

Bu gün
Tezliklə

Bakı və Abşerona ekskursiya
STI Travel
100-140 AZN
26 - 28 oC
Şimal-qərb 10-12 m/s